Useyn Bolt Dortmund "Borussiya"sının məşqində
Dünyanın ən tanınmış sprinteri Useyn Bolt Dortmund "Borussiya"sının məşqində iştirak edib.
Sportline.az xəbər verir ki, yamaykalı atlet 1 saatlıq məşqin ardından azarkeşlərə avtoqraf paylayıb.
Qeyd edək ki, 8 dəfə olimpiya, 11 dəfə dünya çempionu adını qazanan Bolt, kişilər arasında 100 (9.58 saniyə) və 200 (19.19 saniyə) metr məsafələrə qaçış rekordunun müəllifidir.



