Useyn Bolt Paris klubunda

Yamaykalı sprinter Useyn Bolt yenidən futbola qayıdıb.

Sportline.az xəbər verir ki, 8 dəfə Olimpiya çempionu olan Useyn Bolt Fransanın 2-ci liqa təmsilçisi “Paris FC” klubu ilə 2 illik müqavilə imzalayıb. 

Xatırladaq ki, yamaykalı idmançı bir müddət əvvəl Avstraliyanın “Sentral Koastal Marines” klubunun şərəfini qoruduqdan sonra futbolçu karyerasını da bitirdiyini bildirmişdi.