"Uypeşt" - "Neftçi" matçı bu stadionda keçiriləcək
UEFA Avropa Liqasının I təsnifat mərhələsində keçiriləcək "Uypeşt" - "Neftçi" oyununun hansı stadionda təşkil olunacağı dəqiqləşib. SportLine.az xəbər verir ki, rəqiblər Budapeştdəki "Ferents Puşkaş" arenasında üz-üzə gələcək.
İyulun 19-a planlaşdırılan görüşün start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.
Qeyd edək ki, bu komandalar arasında ilk görüş iyulun 12-i, saat 21:00-da başlanacaq və "Dalğa Arena"da keçiriləcək.