"Uypeşt" - "Neftçi" oyunu yunan hakimə tapşırıldı
Avropa Liqasının I təsnifat mərhələsində keçiriləcək "Uypeşt" - "Neftçi” matçının hakimləri müəyyənləşib.
Sportline.az xəbər verir ki, UEFA bu komandaların cavab görüşü yunan hakimlərə həvalə edib.
Matçın baş hakimi Anastasios Papapetru olacaq. Ona Vasilius Kampuris və Trifon Petropulos kömək edəcək. 4-cü hakim funksiyasını Angelos Evangelos yerinə yetirəcək.
Qeyd edək ki, bu komandalar arasında ilk qarşılaşma iyulun 12-də "Dalğa Arena”da keçiriləcək. Cavab qarşılaşması isə iyulun 19-da baş tutacaq.