Vacib oyun Cüneyt Çakıra tapşırıldı

DÇ-2018-in 3-cü turu çərçivəsində keçiriləcək Nigeriya - Argentina matçının hakim təyinatı açıqlanıb. SportLine.az FİFA-nın saytına istinadən xəbər verir ki, qarşılaşma Türkiyə Futbol Federasiyasından Cüneyt Çakıra həvalə olunub.

Ona Bahattin Duran və Tarık Ongun kömək edəcək. Qarşılaşmanın dördüncü hakimi Hollandiyadan Byörn Kuypers olacaq.

"D" qrupunda keçiriləcək görüş 1/8 finala növbəti vəsiqənin sahibini müəyyənləşdirmək baxımından əhəmiyyətlidir.

Qeyd edək ki, bu, Cüneyt Çakırın baş hakim kimi DÇ-2018-də ikinci matçı olacaq. 1-ci tur çərçivəsində keçirilən Mərakeş - İran oyunu da türk hakimə tapşırılmışdı.