"Vahid komanda kimi oynadıq" - Rəhman Hacıyev

"Bu matçda vahid komanda kimi oynadıq. Çalışdıq ki, məşqçinin bütün tapşırıqlarını yerinə yetirək".

SportLine.az xəbər verir ki, bunu "Neftçi"nin futbolçusu Rəhman Hacıyev Türkiyənin Bolu bölgəsində Makedoniyanın "Şkupi" komandasına 2:0 hesabı ilə qalib gəldikləri yoxlama matçından sonra klubun saytına açıqlamasında deyib. 25 yaşlı yarımmüdafiəçi bildirib ki, qələbə sevindirici olsa da, ən əsas məsələ rəsmi oyunlara qədər hazır olmaqdır: "İyulun 12-də bizi Macarıstan "Uypeşt"i ilə çox çətin oyun gözləyir, buna hazır olmalıyıq. Hələ çox işləməliyik".