Van Deyk "ilin futbolçusu" oldu

"Liverpul"un futbolçusu Vircil van Deyk növbəti fərdi mükafatın sahibi olub.

Sportline.az klubun istinadən xəbər verir ki, 28 yaşlı müdafiəçi İngiltərə Futbol Azarkeşləri Assosiasiyasının versiyasına görə, ölkədə ilin ən yaxşı oyunçusu seçilib. O, səsvermədə Rahim Sterlinq ("Mançester Siti"), Son Hın Min("Tottenhem"), Ceymi Vardi ("Lester"), Pyer-Emerik Obameyanq ("Arsenal") və komanda yoldaşı Sadio Maneni qabaqlayıb.

Qeyd edək ki, Van Deyk bunda əvvəl İngiltərədə Peşəkar Futbolçuların Assosiasiyasının versiyasına və Premyer liqada ötən mövsümün ən yaxşı oyunçusu seçilmişdi.