VAR Avropa Liqasında da var

UEFA bu mövsümdən Avropa Liqasında VAR (Video Assistan Referee) sisteminin tətbiq ediləcəyini açıqladı.

Sportline.az xəbər verir ki, 1/16 final mərhələsinin oyunlarından etibarən VAR-dan istifadə ediləcək.

UEFA-nın İcraiyyə Komitəsinin Lyublyanada keçirilən iclasında bu barədə qərar verilib.

Azərbaycanı Avropa Liqasında "Qarabağ" (Ağdam) klubu təmsil edir.