VAR otağı necə hazırlanır?

Xüsusilə bu il təşkil olunan Dünya çempionatında hakimlərin bir çox qərarını dəyişməsinə səbəb olan VAR (videotəkrar) sistemi bu gün də bəzi çempionatlarda istifadə olunmaqdadır. Artıq UEFA da yarışlarında bu sistemdən istifadə edəcəyini açıqlayıb.

SportLine.az xəbər verir ki, FİFA rəsmi "YouTube" kanalında videotəkrar sisteminin quraşdırılması prosesini əks etdirən 24 saniyəlik videoçarx təqdim edib.