Vəli Qasımov: "Qarabağ"a çətinlik yarada bilən əsas amillərdən biri də məhz bu olacaq"

Ölkə çempionumuz “Qarabağ”, bu gecə Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində “Sevilya”nın qonağı olacaq.

Vaxtilə Sevilyanın “Betis” klubunun formasını geyinən tanınmış futbol veteranı Vəli Qasımov, oyunla bağlı fikirlərini Sportline.az saytı ilə bölüşüb:

"Sevilyada futbolu çox sevirlər. Elə “Ramon Sançes Pisxuan”dakı əksər oyunların anşlaqla keçməsi də təsadüfi deyil. Düşünürəm ki, bu qarşılaşmada “Qarabağ”a çətinlik yaradacaq əsas amillərdən biri də məhz bu olacaq. Oyunun çətin alınacağını əvvəlcədən söyləmək olar. “Qarabağ” kifayət qədər təcrübəli komandadır. Oyunu alınsa, azarkeşləri sevindirəcək. Azərbaycan çempionunun, məhs təcrübəsi sayəsində uğurlu nəticə qazanacağına ümid bəsləyə bilərik"

Qeyd edək ki, "Sevilya" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 00-00-da başlanacaq.