Vəli Qasımovun yubileyinə həsr olunan oyunda sülh

Azərbaycanın futbol veteranı Vəli Qasımovun 50 illik yubileyinə həsr olunan yoldaşlıq oyunu keçirilib. SportLine.az xəbər verir ki, yubiley matçında zərbaycan futbol veteranlarından ibarət "Veteranlar" komandas Vəli Qasımovla müxtəlif ölkələrdə və klublarda birgə çıxış etmiş əcnəbi veteran oyunçulardan ibarət "Dostlar" kollektivi üz-üzə gəlib.

Qarşlaşma sülhlə yekunlaşıb - 5:5. V.Qasımov hər iki komandanın heyətində fərqlənib.

Veteranlar - Dostlar 5:5
Qollar:
V.Qasımov, 24. S.Ələkbərov, 36; 37. Y.Hüseynov, 41. T.Əhmədov, 43 - V.Şmarov, 9; 39. V.Qasımov, 29; 50 İ.Kolıvanov, 45
"Bayıl Arena"

Veteranlar: 1. Elxan Həsənov, 2. Novruz Əzimov, 3. Ədahim Niftəliyev, 4. Tərlan Əhmədov, 5. Şahin Diniyev, 6. Nazim Süleymanov, 7. Yunis Hüseynov, 8. Yaşar Vahabzadə, 10. Vəli Qasımov (K) 11. Samir Ələkbərov, 17. Mahmud Qurbanov

Ehtiyat oyunçu: 20. Əli Abışov

Baş məşqçi: Kazbek Tuayev

Dostlar: 1. Renat Dasayev, 2. Viktor Losev (K), 13. Xuan Xose Komaço, 4. Valeri Şmarov, 5. Roberto Bordin, 6. Dmitri Ananko, 7. Nikolay Pisarev, 8. Huakin Parra, 17. İqor Kolıvanov, 3. Adolfo Aldana, 19. Konde

Ehtiyat oyunçu: Ramiz Əhmədov

Baş məşqçi: Valeri Qazzayev