Vengerin əvəzinə Löv?

Cari mövsümün sonunda Arsen Vengerlə vidalaşmağı planlaşdıran "Arsenal" rəhbərliyi Yoahim Lövü komandada görmək istəyir.

SportLine.az "Daily Mail"ə istinadən xəbər verir ki, son oyunlarda əldə olunan uğursuz nəticələrin ardından "topçular" fransalı mütəxəssisi komandadan göndərməyə qərarlıdır. 

Klubun İcraiyyə Komitəsinin son iclasında baş məşqçi vəzifəsində mümkün namizədlərin siyahısına isə daha biri əlavə olunub. Rəhbərlik Almaniya millisinin çalışdırıcısı Yoahim Lövü komandaya rəhbər təyin etmək niyyətindədir. 

Nəzərə alsaq ki, Y.Lövün Bundestimlə 2020-ci ilin iyun ayınadək müqaviləsi var, bu keçidin reallaşacağı çətin görünür. Klubun açıqlamasında isə, "Mütəxəssis "Arsenal"la müqavilə imzaladıqdan sonra Rusiyada keçiriləcək Dünya Çempionatında Almaniya millisinə rəhbərlik edə bilər. Buna maneə yaratmaq fikrində deyilik", - deyə bildirilib.

"Arsenal"ın Y.Lövlə Mundial ərəfəsində rəsmi danışıqlara başlayacağı gözlənilir.

Qeyd edək ki, Karlo Ançelotti də A.Vengerin yerinə əsas namizədlərdən biri kimi göstərilir.