Vernidubun yeni komandası müəyyənləşdi
"Qəbələ"dən ayrılan Vitali Vernidubun yeni iş yeri bəlli olub. SportLine.az xəbər verir ki, futbolçu vətəni Ukraynaya dönüb. O, "Zarya" klubunun şərəfini qoruyacaq.
Luqans klubunun rəsmi saytında təqdim olunan məlumata görə, futbolçu artıq komandaya qoşulub və bu gündən hazırlıq prosesində iştirak edəcək.
Qeyd edək ki, "Zarya"nın baş məşqçisi 31 yaşlı müdafiəçinin atası Yuri Vernidubdur.