"Vest Hem"in yeni baş məşqçisi məlum oldu
"Vest Hem"in yeni baş məşqçisinin adı müəyyənləşib.
Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanın sükanı Devid Moyesə həvalə olunub.
56 yaşlı mütəxəssis yeni klubu ilə il yarımlıq müqavilə imzalayıb.
Qeyd edək ki, hazırda Premyer Liqada 17-ci pillədə qərarlaşan "Vest Hem" dünən Manuel Pelleqrinini istefaya göndərib.