Veteran futbolçu "Arsenal"da

“Arsenal”a yeni texniki direktor təyin olunub. 

Sportline.az klubun saytına istinadən xəbər verir ki, London təmsilçisi bu vəzifəyə keçmiş futbolçusu Edunu gətirib. 

Qeyd edək ki, braziliyalı sabiq yarımmüdafiəçi 2001-2005-ci illərdə “Arsenal”da çıxış edib. O, “topçular”ın heyətində iki dəfə İngiltərə çempionu olub.