"Vəziyyətdən çıxış yolu axtaracağıq" - Sənan Qurbanov
"Deyiləsi bir şey yoxdur. Birqapıya oyun izlədik. Yaratdığımız imkanlardan istifadə edə bilmədik. Biz hücumlar etdik, rəqib fərqləndi. Əvvəldən də bilirdik ki, "Sabah” bu cür oynayacaq. Ağır dönəm yaşayırıq. Ardıcıl 3 oyundu qələbə üzünə həsrətik. Oyundan razı olsam da, nəticə pisdir. Vəziyyətdən çıxış yolu axtaracağıq".
SportLine.az qol.az saytına istinadən xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov Topaz Premyer Liqanın 4-cü turunda "Sabah"a uduzduqları oyundan (0:1) sonra keçirdiyi mətbuat konfransında deyib.
- Vəziyyətdən çıxış yolu üçün ilk atılacaq addım hansıdır?
- İlk növbədə, psixoloji təzyiq altına düşməməliyik. Əsas budur ki, uşaqlar qələbəsizlikdən sarsılmasınlar.
- Artıq 25-ci dəqiqədə hakimdən narazılıq etdiniz və şifahi xəbərdarlıq aldınız…
- Ciddi iradım yoxdur. Ola bilər hansısa xırda epizodlar olsun. Bunun da təkrarına baxmaq lazımdır.