Vircil van Dayk "ən yaxşı" seçildi

İngiltərədə “Futbolçular Assosiasiyası” mövsümün ən yaxşı futbolçusunu seçib.

Sportline.az xəbər verir ki, hollandiyalı müdafiəçi Vircil Van Dayk futbolçuların iştirak etdiyi səsvermədə Rahim Sterlinq, Serxio Aquero, Bernardu Silva, Sadyo Mane və Eden Azar kimi futbolçuları arxada qoyub.

Qeyd edək ki, bu nominasiyada mükafat 1974-cü ildən təqdim olunur. Xatırladaq ki, ötən ilin yanvarında 75 milyon funta “Sauthempton”dan “qırmızılar”a keçən Van Dayk dünyanın ən baha müdafiəçisinə çevrilmişdi. 27 yaşlı futbolçu yeni mövsümdə 3 qol vurub və eyni miqdarda məhsuldar ötürmə ilə yadda qalıb.