Vircil van Deyk birinci oldu

“Liverpul”un  futbolçusu Vircil van Deyk Çempionlar Liqasında 2018/2019-c illər mövsümünün ən sürətli oyunçusu olub.

Sportline.az UEFA-nın saytına istinadən xəbər verir ki, hollandiyalı müdafiəçinin  Çempionlar Liqasının yarımfinalında "Barselona" ilə ilk matçda sürəti saatda 34.5 kilometr olub. “Mançester Siti”nin futbolçusu Leroy Sane (34.4) ikinci, "Mançester Siti"nin oyunçusu Kayl Uoker  (34.2) üçüncü olub.

Qeyd edək ki, Vircil van Deyk Avropada 2019-cu ilin ən yaxşı futbolçusu seçilib.