Vircil Van Deykin arzusu

"Liverpul"un futbolçusu Vircil Van Deyk klubu ilə yeni müqavilə imzalamaq istəyir.

Sportline.az "ESPN"ə istinadən xəbər verir ki, hollandiyalı müdafiəçi klub rəhbərliyinə müqaviləsinin müddətini uzatmaq istədiyini bildirib.

Qeyd edək ki, 27 yaşlı oyunçu 2018-ci ildən İngiltərə təmsilçisində çıxış edir. Onun "Liverpul"la hazırkı müqaviləsi 2023-cü ilin yayında başa çatır.