"Vorskla" Bakıya erməni futbolçusuz gəlir

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin 3-cü turundakı rəqibi “Vorskla” klubu Bakıya yola düşüb.

Sportline.az xəbər verir ki, Poltava klubu Bakıya 22 futbolçu ilə gəlir. Komandanın erməni futbolçusu Qeqam Kadimyan, Aleksandr Kobaxidze və Denis Vasin zədə üzündən heyətdən kənarda qalıb.  

Qapıçılar: Boqdan Şust, Aleksandr Tkaçenko

Müdafiəçilər: Aleksandr Çijov, Ardin Dallku, Yevgeni Martınenko, Andro Giorqadze, Vladimir Çesnyakov, Vadim Sapay, İqor Perduqa, Artur, Taras Sak

Yarımmüdafiəçilər: Vyaçeslav Şarpar, Aleksandr Sklyar, Artyom Qabelok, Nacib Yakubu, Pavel Rebyonok, Maryan Mısık, Vladimir Odaryuk

Hücumçular: Vladislav Kulaç, Yuri Kolomets, Karyeka, Mixail Serqeyçuk

Qeyd edək ki, sabah Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Vorskla” görüşü saat 20:55-də başlanacaq.