"Vorskla" - "Qarabağ" görüşü bu arenada olacaq
Avropa Liqasının E qrupunda keçiriləcək “Vorskla” – “Qarabağ” matçıının məkanı bəlli olub.
Sportline.az "Vorskla" klubunun rəsmi saytına istinadən xəbər verir ki, oyun Aleksey Butovski adına Vorskla stadionunda oynanılacaq. Artıq sözügedən arena Poltava təmsilçisinin Avroliqada ev oyunlarını keçirəcəyi stadion kimi təsdiqlənib.
Qeyd edək ki, “Qarabağ”, “Arsenal” və “Sportinq”lə E qrupunda mbarizə aparacaq “Vorskla” evdə ilk oyununu ikinci turda “Sportinq”ə qarşı keçirəcək. Vorskla stadionunda “Qarabağ”la oyun isə noyabrın 9-da olacaq.