"Vorskla" - "Qarabağ": Mətbuat konfranslarının vaxtı məlum oldu
Avropa Liqasının IV turunun "Vorskla" - "Qarabağ" görüşündən əvvəl mətbuat konfransları və məşqlərin başlama saatları müəyyənləşib.
Sportline.az xəbər verir ki, əvvəlcə media önünə yerli komandanın baş məşqçisi Vasili Saçko çıxacaq. O, yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə saat 19:00-da) jurnalistlərin suallarını cavablandıracaq. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov isə media önünə Bakı vaxtı ilə saat 20:30-da çıxacaq.
Mətbuat konfranslarının ardından komandalar ilk 15 dəqiqəsi açıq olan məşqə çıxacaqlar.
Qeyd edək ki, noyabrın 8-də Aleksey Butovski adına "Vorskla" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 24:00-da başlanacaq.