"Vorskla" - "Qarabağ" oyunu bərpa olundu - YENİLƏNİB

UEFA Avropa Liqasının 4-cü turu çərçivəsində keçirilən "Vorskla" - "Qarabağ" görüşü bərpa olunub.


UEFA Avropa Liqasının 4-cü turu çərçivəsində keçirilən "Vorskla" - "Qarabağ" görüşü yarımçıq dayandırılıb. SportLine.az xəbər verir ki, oyunun baş hakimi Sandro Şerer 64-cü dəqiqədə futbolçuları meydandan kənara çağırıb. 

Hazırda futbolçular soyunub-geyinmə otağındadır. 

Qeyd edək ki, azarkeşlərin qadağan edilmiş vasitələrdən istifadə etməsi hakimin oyunu yarımçıq dayandırmasına səbəb olub.