"Vorskla" "Qarabağ"la oyun ərəfəsində daha bir oyunçusunu itirdi
UEFA Avropa Liqasında "Qarabağ"la qarşılaşacaq "Vorskla" heyətlə bağlı daha bir itki ilə üzləşib. SportLine.az xəbər verir ki, Poltava təmsilçisi Artur Batistanın xidmətindən məhrum olub.
Braziliyalı futbolçu ötən gün Bakı Olimpiya Stadionunda təşkil olunan hazırlıq prosesində fərdi məşqlərlə kifayətlənib. Onun bu gün keçiriləcək "Qarabağ" - "Vorskla" matçından kənarda qalacağı ehtimal olunur.
Qeyd edək ki, oyun ərəfəsində "Vorskla"nın heyətlə bağlı ciddi problemləri var. Poltava təmsilçisi Bakıya Geqam Kadimyan, Aleksandr Kobaxidze, Denis Vasin, İbrahim Kane və Dmitri Kravçenkosuz gəlib.