"Vorskla" yarımmüdafiəçisini itirdi: "Qarabağ"a qarşı oynamayacaq

UEFA Avropa Liqasında "Qarabağ"la eyni qrupda yer alan "Vorskla" heyətlə bağlı itki ilə üzləşib. SportLine.az Poltava təmsilçisinin saytına istinadən xəbər verir ki, komanda gürcüstanlı yarımmüdafiəçi Aleksandr Kobaxidzenin xidmətindən məhrum olub.

Çiynindən əməliyyat olunan futbolçunun ilin sonuna kimi yaşıl meydanlardan kənar qalacağı bildirilir. 

Bu isə o deməkdir ki, 30 yaşlı futbolçu “Qarabağ”a qarşı keçirəcəyi hər iki matçı  buraxacaq.

Qeyd edək ki, "Qarabağ" və "Vorskla" arasındakı ilk oyun oktyabrın 25-də Bakı Olimpiya Stadionunda, cavab görüşü noyabrın 8-də Poltavada olacaq.