Vüqar Bəybalayev "Səbail"də
"Səbail" klubu daha bir futbolçunun transferini rəsmiləşdirib.
SportLine.az klubun mətbuat xitmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi "Sumqayıt"dan ayrılan Vüqar Bəybalayevi heyətinə qatıb. Onunla 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, "Səbail" klubu daha öncə Rahid Əmirquliyev, Ağabala Ramazanov, Şəhriyar Rəhimov və Orxan Əliyevi heyətinə qatıb