Vüqar Məmməd: "Hava küləkli olduğu üçün..."

“Bu gün fiziki baxımdan güclü komandaya qarsı oynadıq. Məğlub olmaq hər zaman üzücüdür. Oyunda yol verdiyimiz səhvləri aradan qaldırmaq üçün çox çalışmalıyıq. Hava küləkli olduğu üçün oyunda nəzərdə tutduğumuz taktiki işləri həyata keçirə bilmədik".

Sportline.az xəbər verir ki, bu sözləri U-17 millimizin baş məşqçisi Vüqar Məmməd Bakıda Belarusa 0:3 hesabı ilə uduzduqları yoxlama oyunundan sonra AFFA-nın saytına deyib.

"Dörd futbolçumuz zədəli olduğu üçün bu oyunlarda bizə kömək edə bilmir. Ümumilikdə rəqib bizdən yalnız fiziki göstəricidə üstün oldu. Təlim-məşq toplanışından sonra klubların baş məşqçiləri ilə görüşəcəyik və futbolçuların fiziki hazırlığını yüksəltmək üçün bir proqram hazırlayıb, tətbiq edəcəyik” - deyə o bildirib.