Xavi "Əl Sədd"in baş məşqçisi oldu

İspaniya millisinin sabiq üzvü Xavi Hernandesin yeni klubu müəyyənləşib.

Sportline.az xəbər verir ki, əfsanəvi futbolçu bu dəfə məşqçi kimi fəaliyyət götərəcək. O, karyerasını başa vurduğu "Əl Sədd" klubunu çalışdıracaq.

Qeyd edək ki, onun müqaviləsinin müddəti 2020-ci ilin iyununa kimidir.