Xavi əsəblərinə hakim ola bilmədi

“Barselona”nın sabiq futbolçusu, hazırda Qətərin “Əl Sədd” klubunun baş məşqçisi Xavi emosional jesti ilə diqqət mərkəzinə düşüb.

Qol.az xəbər verir ki, o, Asiya Çempionlar Liqasının pley-off mərhələsində “Əl Duhail” ilə keçirilən matçda əsəblərinə hakim ola bilməyib və ayaqqabısını tribunaya tərəf atıb. 

1:1 hesabı ilə bitən oyunda hakimin rəqib qapısına penalti təyin etməməsindən narazı qalan Xavi etirazını bu cür bildirib. 

Qeyd edək ki, oyunçu karyerası ərzində qırmızı vərəqə almayan Xavi 1998-2015-ci illərdə  “Barselona”da çıxış edib. O, 2019-cu ilin mayında “Əl Sədd” klubunda futbolçu karyerasını başa vurduqdan sonra bu kluba baş məşqçi təyin edilib.