Xavi karyerasını bitirdi

Barselona”nın sabiq kapitanı, hazırda Qatarın “Əl Sədd” komandasında çıxış edən Xavi Ernandes karyerasının sonuncu rəsmi oyununa çıxıb.

Sportline.az xəbər verir ki, Qatarda keçirilən Əmir kubokunun finalında “Əl Sədd” və “Əl Duhail” komandaları üz-üzə gəlib. Bu, “Əl Sədd”in ispaniyalı kapitanı Xavi Ernandesin son rəsmi görüşü olub. Matç məhsuldarlığı ilə diqqət çəkib. Matç “Əl Duhail”in 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, “Barselona”nın sabiq kapitanı “Əl Sədd” komandasının heyətində 4 il ərzində 114 oyunda meydana çıxıb və 23 qol vurub. 17 il “Barselona”da çıxış edən Xavi Kataloniya komandasının heyətində 767 görüşdə 85 qolla yadda qalıb.