Xavi PSJ-ni favorit sayır
"Əl-Sadd" klubunda çıxış edən "Barselona"nın sabiq futbolçusu Xavi Hernandez Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində keçiriləcək "Real" - PSJ dueli ilə bağlı fikirlərini bölüşüb.
SportLine.az xəbər verir ki, "Radio Monte Carlo"ya müsahibəsində futbolçu Fransa təmsilçisini favorit sayıb:
"Bizi çox gərgin iki görüş gözləyir. Komandaların bu günə olan vəziyyətini müqayisə etsək, PSJ bir addım öndə görünür. Nəticə barədə nəsə demək çətindir. Ancaq PSJ-nin daha şanslı olduğunu düşünürəm. Fransa klubu, hətta yarışın qalibi də ola bilər".
Qeyd edək ki, bu komandalar arasında ilk oyun fevralın 14-ü "Santyaqu Bernabeu" arenasında olacaq.