Xavinin komandası məğlub oldu
“Barselona”nın sabiq futbolçusu Xavi Ernandes baş məşqçi kimi ilk oyununa çıxıb.
Sportline.az xəbər verir ki, ispaniyalı keçmiş yarımmüdafiəçinin çalışdırdığı “Əl-Sədd” klubu yoxlama oyununda “Palomos”la qarşılaşıb.
İspaniyanın 4-cü divizion təmsilçisi ilə keçirilən görüş 1:1 hesabı ilə başa çatıb.
Qeyd edək ki, ötən mövsümün sonunda futbolçu karyerasını bitirən Xavi “Əl Sədd”də baş məşqçi təyin olunub. Onunla 2020-ci ilin yayına qədər müqavilə imzalanıb.