Xavinin komandası mövsümə qələbə ilə başladı

Qətər çempionatında yeni mövsüm başlanıb.

Sportline.az xəbər verir ki, ilk turda Xavinin baş məşqçilik etidiyi “Əl-Sədd” komandası “Əl Vəkra” futbolçularını qəbul edib. Meydan sahibləri 8-ci dəqiqədə hesabı açıblar. Əbdüləziz Rəşid Əl Ənsəri fərqlənib.

Ruhdan düşməyən qonaqlar 26-cı dəqiqədə rəqib qapısına yol tapıblar. Məhəmməd Benyettu komandasını qələbəyə ümidləndirib. 1-1. İkinci hissədə hücumların daha da gücləndirən “Əl-Sədd” futbolçuları 3 qol vurublar. Əvvəlcə, Abdulkərim Həsən fərqlənib. 2-1. 84-cü dəqiqədə Əhməd Bədir Səyyar fərqi 2-ə yüksəldib. Əsas vaxtın tamamında isə “Əl Vəkra” komandasının qapıçısı Saud Əl Xatir avtoqol müəllifi olub.

Beləliklə, Xavinin komandası çempionata 4:1 hesablı qələbə ilə başlayıb.