"Xeyli qol imkanından istifadə edə bilmədik" - Qurban Qurbanov
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premeyr Liqasında "Zrrə"yə evdə 3:2 hesabıyıa qalib gəldikləri görüşdən sonra mətbuat konfransı keçirib. SportLine.az Sportnet.az saytına istinadən xəbər verir ki, təcrübəli çalışdırıcı əvvəlcə oyun haqda düşüncələrini bölüşüb.
- Vacib 3 xal qazandıq. Hər şey planlaşdırığımız kimi alındı. "Zirə" çox yaxşı oyun göstərdi. Bugünkü oyuna görə öz yerlərində deyillər. İnanıram ki, qarşıdakı oyunlarda daha yaxşı "Zirə" görəcəyik. Futbolçularımızı təbrik edirəm. İlin sonunadək həddən artıq sıx qrafikdəyik. İş rejimizi daha da yaxşılaşdırmalıyıq. Bələl də ən çox peşəkar olduğumuz bu il olmalıdı. İnanıram ki, futbolçularımız bu çətin işin öhdəsindən gələcək.
- Hələ ilk hissədə zədələnərək əvəzlənən Donald Geryenin vəziyyəti necədi?
- Onun çiyni çıxmışdı. Həkimlər yerinə salıblar. Hələ ki başqa məlumat yoxdu.
- Rəqib autsayderdi və ondan 2 qol buraxdınız.
- Hiss olundu ki, komandamız 2:0-dan sonra rahatlaşdı. Mirsahib Abasov gözəl vurdu. Xeyli qol imkanından istifadə edə bilmədik. Tez toparlandıq və futbolçulartımız 3 xalı əldən vermədilər.
- Bu gün qapıda islandiyalıya yer verdiniz.Razı qaldınız?
- Qolların hər ikis çox gözəl oldu. İnanmıram ki, qapıçılıq bir şey olsun. Hər 3 qapıçıya əsas qapçı kimi baxıram.
- Bu gün daha çox əsas heyət oyunçusu meydanda oldu...
- Əvvəlki oyunda xeyli futbolçuya istirahət etmişdik. Bu gün oynamayanları buraxmışdıq. İstəmiridik ki, çox formadan düşsünlər. Bəli, əsas heyət oyunçusu bu gün çox idi. Yenə düşünməmiz lazım olacaq ki, necə heyəti quraq.