"Xəzər" 3 xalı 3 qolla qazandı
Azərbaycan I Divizionunda 24-cü turun daha bir oyunu keçirilib. SportLine.az xəbər verir ki, "Xəzər" "Binə"ni qəbul edib.
Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:0.
lider "Qaradağ Lökbatan"la xal fərqini 2-yə endirib. "Binə" isə 35 xalla 5-ci pillədədir.
I Divizion, 24-cü tur
20 aprel (cümə)
"Xəzər" – "Binə” - 3:0
Qollar: Tural Qürbətov, 11; 76. Fuad Məmmədzadə, 51
Hakimlər: Rəhim Həsənov, Rza Məmmədov, İsgəndər Əliyev, Fərid Məmmədov
AFFA nümayəndəsi: Rüfət Əliyev
Hakim-inspektor: Munis Abdullayev
"İnter Arena”, 14:00
| 1 | Qaradağ Lökbatan | 24 | 46 |
| 2 | Şüvəlan | 24 | 41 |
| 3 | Xəzər | 23 | 41 |
| 4 | MOİK | 24 | 37 |
| 5 | Binə | 23 | 35 |
| 6 | Turan Tovuz | 23 | 32 |
| 7 | Sabah | 23 | 30 |
| 8 | Mil-Muğan | 24 | 27 |
| 9 | Ağsu | 24 | 22 |
| 10 | Zaqatala | 24 | 17 |