"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi "Traktor Sazi"də

Təbrizin "Traktor Sazi" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, komanda Mustafa Dənizliyə tapşırılıb. Onunla 5 illik müqavilə imzalanıb. 

70 yaşlı mütəxəssis daha əvvəl də İranda çalışıb. O, 2004-2006-cı illərdə PAS, 2006-2007 və 2011-2012-ci illərdə isə “Perspolis”də məşqçi kimi fəaliyyət göstərib.

Qeyd edək ki, son iş yeri “Kasımpaşa” olan Mustafa Dənizli 2013-2014-cü illərdə “Xəzər Lənkəran”ı çalışdırıb.