"Xəzər" "Qarabağ Vyana"ya uduzdu

Türkiyədə təlim-məşq toplanışında olan "Xəzər" bu gün növbəti yoxlama oyununa çıxacaq. SportLine.az xəbər verir ki, rəqib Avstriya III Liqasında çıxış edən "Qarabağ Vyana" olacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 16:00-da başlanacaq.

Qeyd edək ki, "Xəzər" bundan əvvəl Bolqarıstanın "Vereya SZ" və Türkiyənin "Kəmərspor"  klubuna 2:1 hesabı ilə qalib gəlib, Almaniyanın “FSV Vacker 90” klubuna 0:3 hesabı ilə uduzub.


02 fevral 2018
Yoldaşlıq görüşü

"Xəzər" - "Qarabağ Vyana" (Avstriya) - 0:1