XIII turun ən yaxşı futbolçusunun adı açıqlandı

Topaz Premyer Liqasının 2018/2019-cu illər mövsümünün 13-cü turunun ən yaxşı futbolçusu məlum olub

Sportline.az PFL-in saytına istinadən xəbər verir ki, “InStat”ın təhlilinə əsasən bu, “Qarabağ”ın oyunçusu Mahir Mədətovdur.

“Keşlə”yə qarşı görüşdə 90 dəqiqə meydanda olan millinin üzvü het-triklə yadda qalıb. Araşdırmalara əsasən Mahir Mədətov turun ən yaxşı indeksə malik futbolçusudur.