Xorvatiya 16 illik tilsimi qırdı
Argentina 16 ildən sonra Dünya çempionatlarının qrup mərhələsində məğlub olub. SportLine.az xəbər verir ki, Cənubi Amerika təmsilçisi Rusiyada təşkil olunan Mundialın 2-ci turu çərçivəsində Xorvatiyaya qarşı görüşdə meydanı məyus tərk edib. Avropalılar rəqib qapısından üç cavabsız qol keçirməyə müvəffəq olublar.
Qeyd edək ki, Argentina seçməsi sonuncu dəfə 2002-ci ildəki Dünya çempionatının qrup mərhələsində İngiltərə seçməsinə uduzmuşdu - 0:1. Həmin görüşdə yeganə qolu Devid Bekhem vurmuşdu.