Xorvatiya - Azərbaycan matçına marağın göstəricisi
2020-ci il Avropa çempionatının seçmə mərhələsinin Xorvatiya - Azərbaycan matçına bilet satışı davam edir.
Sportline.az Xorvatiya mətbuatına istinadən xəbər verir ki, Zaqrebin 35,423 azarkeş tutumuna malik "Maksimir" stadionunda keçiriləcək oyuna maraq böyükdür.
Artıq 18 mindən çox biletin sahibini tapdığı bildirilir.
Qeyd edək ki, Xorvatiya - Azərbaycan görüşü martın 21-i saat 23:45-də başlanacaq.