Xorvatiya - Azərbaycan matçının biletləri satışa çıxarıldı

AVRO-2020-nin təsnifat mərhələsi çərçivəsində keçiriləcək Xorvatiya - Azərbaycan görüşünün biletləri satışa çıxarılıb. SportLine.az xəbər verir ki, Zaqrebin "Maksimir" stadionunda təşkil olunacaq qarşılaşmanın biletləri tribunaya görə 10 manatdan 40 manata (yerli valyuta ilə 40-150 kuna arası) qədər müxtəlif qiymətlərdədi. VIP sektorlar üçün yerin qiyməti isə 250 Xorvatiya kunasıdı (65 manat).

Qeyd edək ki, Xorvatiya - Azərbaycan görüşünün start fiti martın 21-i, Bakı vaxtı ilə saat 23:45-də səslənəcək.