Xorvatiya millisi Azərbaycanla görüşə itki ilə çıxacaq
Avro-2020-nin təsnifat mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Xorvatiya seçməsi daha bir itki ilə üzləşib. SportLine.az xəbər verir ki, "İnter"in şərəfini qoruyan Şime Vrsalko uzun müddətə sıradan çıxıb.
"Corriere dello Sport"un məlumatına görə, futbolçu əməliyyat olunacaq və 6-8 ay yaşıl meydanlardan uzaq qalacaq. Bu isə o deməkdir ki, Avro-2020-nin təsnifat mərhələsi çərçivəsində martın 21-də keçiriləcək Xorvatiya - Azərbaycan matçında meydan sahibləri 29 yaşlı müdafiəçinin xidmətindən yararlana bilməyəcəklər.
Qeyd edək ki, digər müdafiəçi - Deyan Lovren də cəza səbəbi ilə millimizlə görüşü buraxacaq.