Xorvatiya millisi Azərbaycanla oyunöncəsi hücumçusunu itirdi

AVRO-2020-nin təsnifat mərhələsində Azərbaycanla qarşılaşacaq Xorvatiya seçməsi itki ilə üzləşib. SportLine.az xəbər verir ki, komandanın əsas hücumçusu - Ante Rebiç sıradan çıxıb.

"Ayntraxt"ın üzvü Almaniya Bundesliqasının 24-cü turu çərçivəsində "Hoffenhaym"a qarşı keçirilən görüşdə zədələnib. 

Xorvatiya millisinin baş məşqçisi - Zlatko Daliçin açıqlamasına görə, futbolçu "Ayntraxt"ın UEFA Avropa Liqasında və Bundesliqada keçirəcəyi növbəti oyunları buraxacağını bildirib. Onun Azərbaycanla oyuna hazır olmayacağı deyilir. Belə olan halda, Zaqreb "Dinamosu"nun hücumçusu Bruno Petkoviçin milliyə cəlb olunacağı gözlənilir.

Qeyd edək ki, Xorvatiya - Azərbaycan görüşü martın 21-də keçiriləcək.