Xorvatiya millisinin heyətində dəyişiklik

AVRO-2020-nin təsnifat mərhələsində Azərbaycanla qarşılaşacaq Xorvatiya seçməsinin heyətində dəyişiklik edilib.

SportLine.az xəbər verir ki, forvard problemi ilə üzləşən baş məşqçi Zlatko Daliç hücum xəttinə yeni oyunçu çağırıb. Zaqreb "Dinamo"sunun üzvü Bruno Petkoviç komandaya dəvət olunub.

Qeyd edək ki, əvvəlcə martın 21-də Zaqrebdə Azərbaycan millisini qəbul edəcək xorvatlar bundan 3 gün sonra Budapeştdə Macarıstanın qonağı olacaq.