Xorvatiya millisinin Azərbaycanla oyun üçün heyəti açıqlandı

AVRO-2020-nin təsnifat mərhləsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Xorvatiya seçməsinin heyəti açıqlanıb. SportLine.az xəbər verir ki, baş məşqçi 

Zlatko Daliç heyətə 3 qapıçı, 7 müdafiəçi, 8 yarımmüdafiəçi və 6 hücumçunun adını daxil edib:

Qapıçılar: Lovre Kaliniç (Gent), Dominik Livakoviç (Dinamo) Simon Sluga (Rijeka)

Müdafiəçilər: Domaqoy Vida (Beşiktaş), Dejan Lovren (Liverpul), Tin Jedvaj (Bayer, Leverkuzen), Antonio Miliç (Anderlext), Duje Kaleta-Car (Marsel), Marin Leovaç (Dinamo Zaqreb), Borna Barişiç (Qlazqo-Reyncers)

Yarımmüdafiəçilər: Luka Modriç (Real Madrid), Ivan Rakitiç (Barselona), Mateo Kovaçiş (Çelsi), Milan Badelj (Latsio), Marcelo Brozoviç (İnter), Filip Bradariç (Kalyari), Marko Rog (Sevilya), Mario Paşaliç (Atalanta)

Hücumçular: Ivan Perişiç (İnter), Andrej Kramariç (Hoffenhaym), Marko Pjaca (Fiorentina), Ante Rebiç (Ayntraxt), Nikola Vlaşiç (MOİK, Moskva), Josip Brekalo (Volfsburq)

Qeyd edək ki, Xorvatiya komandası martın 21-də Zaqrebdə Azərbaycanı qəbul edəcək.