Xorvatiyada hakimi döydülər

Xorvatiyalı FİFA referisi İvan Bebek ölkəsində fiziki təzyiqə məruz qalıb.

Sportline.az xəbər verir ki, buna səbəb onun Xorvatiya çempionatının 3-cü turunda keçirilən “Hayduk” (Split) - “Lokomotiv” (Zaqreb) matçındakı qalmaqallı idarəçiliyi  olub.

Oyundan bir gün sonra Bebek gecə klubu qarşısında bir qrup azarkeş tərəfindən döyülüb. Ciddi xəsarətlər alan tanınmış referi xəstəxanaya aparılıb. Onun həyati təhlükəsinin olmadığı bildirilib.

Xorvatiya Futbol Federasiyası məsələ ilə bağlı bəyanat yayıb. Cinayətkarların tezliklə tapılaraq cəzalandırılması üçün dövlət orqanlarına çağırış edilib.