Xorvatiyalı futbolçu "Neftçi"də
Son mövsümün bürünc mükafatçısı - "Neftçi” heyətinə daha bir futbolçu cəlb edib.
Sportline.az klubun rəsmi saytına istinadən xəbəbr verir ki, xorvatiyalı yarımmüdafiəçi Qoran Paratski ilə 1 illik müqavilə imzalanıb. 31 yaşlı futbolçu yeni komandasında 6 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Qoran Paratskinin son klubu Avstraliya "Vellinqton Feniks”i olub.