Xose Kastro: "Yalnız "Qarabağ"ı düşünürük"

"Hazırda "Qarabağ"ı, "Qarabağ"ı və yalnız "Qarabağ"ı düşünürük".

Sportline.az xəbər verir ki, bu sözləri "Sevilya"nın prezidenti Xose Kastro deyib.

Klub rəhbəri Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la oyun üçün komanda ilə birlikdə Bakıya gəlib. AS nəşrinə danışan Kastro "Qarabağ"a hörmətlə yanaşdıqlarını da əlavə edib: "Avropa Liqasında yeni mövsümə start veririk. Avropa Liqasını vacib turnir sayıram. Çünki burda "Mançester Yunayted", "Portu", "Arsenal", "Roma" var. "Real"la həftəsonu keçirəcəyimiz çempionat oyunu fikrimizdə yoxdu. Yalnız "Qarabağ"ı düşünürük. "Real"la görüş bir neçə gün sonra olsa da, bu hələ uzaqdır". 

"Qarabağ" ölkə çempionatının lideridi və iki il əvvəl "Atletiko"nu Çempionlar Liqasından kənarlaşdıran komandadı. Buna görə də rəqibə dəyər verməliyik. Amma digər tərəfdən uzun marafonlar və üç gündən bir oyunlar bizi gözləyir. Yəqin ki, baş məşqçimiz də bunu nəzərə alaraq, tez-tez heyətdə rotasiyalar edəcək" deyə klub prezidenti bildirib.