"Xoşbəxtəm və komandamla fəxr edirəm" - Buffon
"Qələbə qazanmaq üçün bütün gücümüzü sərgilədik. Amma "Real" güclü komandadır və lazım olan anda vəziyyəti dəyişməyi bacarır". SportLine.az xəbər verir ki, bu sözləri "Yuventus"un qapıçısı Canluici Buffon "Real"la görüşdən sonra deyib.
Komandasının çıxışından razı qaldığını bildirən qapıçı, "Xoşbəxtəm və komandamla fəxr edirəm. İnanılmazı gerçəkləşdirdik. Ancaq sonluq utanılası idi. Bizim oyunçuların yüksək keyfiyyəti və xarakteri var. Bu xarakterin hesabına 3:0-lıq fərqi aradan qaldırdıq. Heç olmasa, əlavə vaxtın oynanılmasını istərdim", - deyib.