XXIV turun oyun cədvəli müəyyənləşdi

Azərbaycan I Divizionunda XXIV turun oyun cədvəli açıqlanıb.

Sportline.az xəbər verir ki, turun mərkəzi matçında "Şüvəlan" və "Qaradağ Lökbatan" komandaları qarşılaşacaqlar. 

 

19 aprel (cümə axşamı)

 

"Mil-Muğan” – "Zaqatala”

Heydər Əliyev adına İmişli şəhər stadionu

 

"Şüvəlan” – "Qaradağ Lökbatan”

"AZAL Arena”

 

"Ağsu” – MOİK

Ağsu şəhər stadionu

 

20 aprel (cümə)

 

"Xəzər – "Binə”

"İnter Arena”

 

"Turan Tovuz” – "Sabah”

Tovuz şəhər stadionu

Qeyd edək ki, turun bütün görüşləri saat 16:00-da başlanacaq.